Bu gün:

"Yenə sıfırdan başlayırıq, amma artıq qaçqın deyilik"


“İllərimizi bizə aid olmayan bir dili öyrənməklə keçirdik. İndi uşaqlarım türk dilində səlis danışır, amma bu onların öz ölkəsində heç bir işə yaramır". 

Muhanned Türkiyədə keçirdiyi yeddi ildən sonra bütün ailəsi ilə birlikdə ölkəsinə dönən suriyalılardan biridir. O, 2018-ci ildə ayrıldığı ölkəsini tamamilə dəyişmiş halda tapdığını və bir daha həyata sıfırdan başlamaq məcburiyyətində qaldığını deyir. 

Suriyada 2011-ci ildə başlayan vətəndaş müharibəsində yüz minlərlə insan həyatını itirib, milyonlarla suriyalı ölkədən köç etməyə məcbur olub. Hazırda ölkə üzrə təxminən 16,5 milyon insanın humanitar yardıma ehtiyacı olduğu bildirilir. Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, 6 milyondan çox suriyalı ölkə daxilində köçkün vəziyyətindədir. Beynəlxalq Miqrasiya Təşkilatı Suriya 2024-cü ilin dekabrından bu yana xaricdən 782 min nəfərin Suriyaya qayıtdığını açıqlayıb.Türkiyənin daxili işlər naziri Ali Yerlikayanın paylaşdığı statistikaya əsasən, onlardan 550 mini Türkiyədən qayıdanlardır.


 Mənbə: BBC News

 Tərcümə etdi: Səmayə Səftərova

Paylaş
Şərh əlavə et