Amerikalı tennis ulduzu Koko Qauf 2025-ci ilin “FN Achievement Awards”(FNAA) mükafatlandırma mərasimində “İlin Stil Siması” mükafatına layiq görülüb.
Amerikalı tennisçi Koko Qauf mərasimdə səhnəyə çıxaraq emosional çıxış edib. O bildirib ki, moda onun üçün özünü ifadə etməyin bir forması və qadınlara güc verən sahədir.
Tədbirdə məşhur dizaynerlər, moda redaktorları və sosial media üzrə tanınmış simalar iştirak ediblər. Dizaynerlər və brendlər Qaufun üslubunu “gənc, dinamik və modern Amerikan estetikasının yeni siması” kimi dəyərləndiriblər.
Qaufun “İlin Stil Siması” seçilməsi dünya modasında yeni tendensiyanı nümayiş etdirir: moda artıq yalnız modellərə deyil, şəxsi üslubu olan real və güclü şəxsiyyətlərə əsaslanır.
Mütəxəssislər hesab edirlər ki, Qaufun moda səhnəsində yüksəlişi hələ başlanğıcdadır və o, yaxın illərdə qlobal modanın ən vacib trendqoyanlarından biri ola bilər.
Mənbə: wwd.com
Tərcümə etdi: Şehrin Musayeva
