ABŞ-də Yer-Kosmik Xəbərdarlıq Mərkəzi (NOAA) dekabrın 8-də axşam saatlarına güclü geomaqnit fırtınası ilə bağlı xəbərdarlıq verib. NOAA-nın məlumatına görə, Günəşdə baş vermiş M8.1 sinifli partlayış nəticəsində yaranan koronal kütlə püskürməsi (CME) Yerə çataraq geomaqnit sahəsində dəyişikliklərə səbəb ola bilər.

Ekspertlər bildiriblər ki, bu fırtına şimal bölgələrində aurora-şimal işıqları fenomeninin görünməsinə imkan yarada bilər. Eyni zamanda, geomaqnit fırtınaları bəzi elektron cihazlara və enerji sistemlərinə təsir göstərə bilər, buna görə sakinlər və yerli xidmətlər tədbirli olmağa çağırılır.
Hazırda NOAA fırtınanın gücü və Yerə çatma vaxtı ilə bağlı müşahidələri davam etdirir. Xəbərdarlıq bütün cənub və şimal ştatlarında yaşayan sakinlər üçün aktualdır.
Mənbə: Ourmidland
Tərcümə etdi: Zəhra Məlikova
