Bu gün:

Volodimir Zelenski Londonda Avropa liderləri ilə görüşəcək


Prezident Volodimir Zelenski bu gün Londonda əsas Avropa liderləri ilə görüşəcək.

Fransa və Almaniyanın liderləri Zelenski və Baş nazir Ser Kir Starmer ilə birlikdə 10 nömrəli evdə (Baş nazirin iqamətgahı) hər hansı razılaşmanın gələcəkdə Rusiya hücumunun qarşısını almasını təmin etmək məqsədilə bir araya gələcəklər.

Bu yüksək səviyyəli görüş Florida ştatında üç gün davam edən danışıqlardan sonra baş tutur. Orada Zelenskinin baş danışıqçısı geniş şəkildə Kremlinin əsas tələblərinə yol vermək kimi qiymətləndirilən Ağ Ev planında dəyişikliklər etməyə səbəb olub.

ABŞ və Ukrayna tərəfləri danışıqlarda irəliləyiş əldə olunduğunu bildiriblər.

Mənbə: BBC news

Tərcümə etdi: Fidan Ağayeva

Paylaş
Şərh əlavə et