Polis bir müddətdir itən çox nadir "Faberge" boyunbağısını tapıb. Bu asılqan cəmi 50 ədəd hazırlanmış "Faberge" yumurtalarından biridir. Yumurta qızıldan hazırlanıb, üzəri yaşıl emalla boyanıb,183 brilyantla və iki sapfirlə bəzədilib.

Polis şübhəlinin həmin asılqanı udduğunu düşünüb və onu altı gün boyunca diqqətlə izləyib. Nəhayət, zinət əşyası şübhəlinin bədənindən təbii şəkildə çölə çıxıb. Tibbi müdaxiləyə ehtiyac olmayıb.
Bu zinət əşyası 1983-cü il "Octopussy" filmindən ilhamlanıb. Filmdə də saxta "Faberge" yumurtası ilə bağlı qaçaqmalçılıq mövzusu olub. Polis zinət əşyasının tapılmasını göstərən foto paylaşıb. Şəkildə əlcəkli bir polis əməkdaşı boyunbağı və onun uzun qızıl zəncirini tutub. Əşyanın üzərində 14,250 funt sterlinq qiymət etiketi də qalıb.
Rəsmi məlumata görə, 32 yaşlı kişi 28 noyabrda Oklend şəhərindəki "Partridge Jewellers" mağazasında tutulub və o vaxtdan polis nəzarətində saxlanılıb. "Faberge" yumurtası açıldıqda içində 18 karat sarı qızıldan hazırlanmış bir ahtapot fiquru olub. Ahtapot fiqurunun üzərində ağ brilyant hissələr və qara brilyant gözlər olub.
Mənbə: Sky news
Tərcümə etdi: Aydan Xudayarova
