Bu gün:

Hindistanın Goa əyalətində gecə klubunda yanğın baş verib


Hindistanın sahil bölgəsi olan Goada yerləşən məşhur gecə klubunda baş verən yanğın nəticəsində 25 nəfər həyatını itirib.

Yerli rəsmilərdən verilən məlumata görə, ölənlərin çoxu hadisə baş verən “Birch by Romeo Lane” adlı klubun əməkdaşlarıdır. Klub populyar çimərlik yaxınlığında yerləşdiyi üçün turistlərin də ölənlər arasında olduğu bildirilir.


Polisin ilkin araşdırmasına əsasən, yanğının klubun mətbəxində qaz balonunun partlaması nəticəsində başladığı ehtimal edilir. Alov qısa müddətdə bütün məkan boyunca yayılıb. Hadisə şənbə günü gecə yarısı baş verib.


Hadisə ilə bağlı klubun meneceri saxlanılıb, obyektin sahibinin isə həbs olunması üçün əmr verilib.


Mənbə: BBC News

Tərcümə etdi: Nərmin Nəcəfova




Paylaş
Şərh əlavə et