Avstraliyanın Yeni Cənubi Uels (NSW) ştatında bir neçə istiqamətdə baş qaldıran meşə yanğınları nəzarət altına alınmaqda çətinlik yaradır. Xüsusilə Central Coast və Upper Hunter bölgələrində yanğınların təsiri nəticəsində yaşayış ərazilərinə ziyan dəyib. Fövqəladə xidmət orqanları sakinləri rəsmi xəbərdarlıqları diqqətlə izləməyə çağırır.

Mütəxəssislərin bildirdiyinə görə, hava şəraitinin qismən yaxşılaşması yanğın riskini tam aradan qaldırmayıb. Quru külək kütlələri və temperaturun yüksəlməsi alovun yenidən güclənməsi ehtimalını artırır. Yanğınsöndürmə qrupları ərazilərdə vəziyyəti stabilləşdirmək üçün fasiləsiz fəaliyyət göstərir.
Rəsmilər bir sıra yolların bağlandığını, bəzi yaşayış məntəqələrinin isə ehtiyat məqsədilə təhlükəsiz zonalara yönləndirildiyini açıqlayıb. Hazırda ziyan çəkmiş teritoriyalarda qiymətləndirmə işləri aparılır.
Mənbə :https://www.theguardian.com/
Tərcümə etdi :Zəhra Məlikova
