ABŞ Venesuela prezidenti Maduro və onun komandasına bağlı olduğu iddia edilən Kartel de los Soles-i xarici terror təşkilatı elan edib. Bu addım ABŞ qurumlarına qrupun fəaliyyətlərini hədəf almaq üçün daha geniş səlahiyyətlər verib.

Venesuela hökuməti ittihamları sərt şəkildə təkzib edərək bu qurumun mövcud olmadığını və iddiaların siyasi məqsədlərlə uydurulduğunu bildirib. Kolumbiya prezidenti Petro da kartelin real olmadığını deyib.
Ekspertlər isə vəziyyətin daha mürəkkəb olduğunu, kartelin formal qurumdan çox korrupsiya şəbəkəsi kimi meydana çıxıb inkişaf etdiyini qeyd edib. Kartelin yaranmasının 1990-cı illərdə ordu daxilindəki narkotik əlaqələri ilə başladığı vurğulanıb.
ABŞ Maduro hökumətinin orduda korrupsiyanı artırıb və narkotik qaçaqmalçılığına şərait yaradaraq bildiyini açıqlayıb. Bəzi keçmiş Venesuela rəsmiləri də ABŞ-yə ifadə verərək ittihamları təsdiqləyib.
Maduro və Kabello iddiaları siyasi hücum adlandırıb və ABŞ-nin Venesuelaya qarşı təzyiq siyasəti yürüdüb-yürütmədiyini bildirib.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva
