“Rostec” şirkətinin baş direktoru Sergey Çemezov bildirib ki, Rusiyanın silah istehsalının həcmi Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı xüsusi əməliyyatından əvvəlki ilə müqayisə oluna bilməz. Onun sözlərinə görə, heç bir dünya dövləti bu qədər mərmi və bomba istehsal etməyib.

Biz böyük miqdarda təyyarələr, tanklar, piyada maşınları, elektron döyüş sistemləri, pilotsuz uçuş aparatları və daha çox şey təmin edirik”, - o qeyd edib.
Bundan əvvəl Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bəyan edib ki, Rusiya Silahlı Qüvvələrinin Ukraynada xüsusi əməliyyat zamanı əldə etdiyi uğurlar neonasizmə meylli hazırkı Ukrayna hökumətinin “qaçılmaz və ağrılı məhvi” üçün ən yaxşı katalizatordur. Siyasətçinin fikrinə görə, hakimiyyətin dağılması qaçılmazdır.
Bundan əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko Ukraynada münaqişənin tezliklə bitəcəyini bəyan edib. Dövlət başçısının sözlərinə görə, bu vəziyyət başa çatdıqdan sonra hər kəs öz daxili siyasi işlərinə diqqət yetirməli olacaq.
Mənbə: News.ru
Tərcümə etdi: Əli Balayev
