Bu gün:

Suriya: Humsdakı məzhəb qarşıdurmaları ilə bağlı nə məlumdur?


Suriya İnsan Haqları Müşahidə Mərkəzi (SOHR) Suriyanın qərbində yerləşən Hums şəhərində məzhəb qarşıdurmalarının şiddətlənməsi səbəbilə komendant saatı elan edildiyini bildirir.

Müşahidə Mərkəzi xəbərlərini yerli əhali və jurnalistlərə istinadən yayımlayır. Suriya mediası xristianlarla sünni müsəlmanların bir yerdə yaşadığı Zaydal qəsəbəsində bölgədə nüfuzlu olan Halidoğulları qəbiləsindən bir cütlüyün öldürüldüyünü bildirib. Suriya Daxili İşlər Nazirliyi hadisə ilə bağlı açıqlamasında qurbanların evlərində qətlə yetirildiyini, qadınlardan birinin meyidinin yandırıldığını və hadisə yerinə məzhəbçi şüarların yazıldığını bildirib.


  Mənbə: BBC News

 Tərcümə etdi: Səmayə Səftərova

Paylaş
Şərh əlavə et