Dünyanın ən aktiv vulkanlarından biri hesab edilən Havaydakı Kilaua vulkanının yenidən lava püskürdüyü bildirilib.

ABŞ Geoloji Xidməti (USGS) ilə əlaqəli Havay Vulkan Rəsədxanası dünyanın ən aktiv vulkanlarından biri olan Kilaueada lava axınlarının bərpa olunduğunu açıqlayıb.
USGS vulkan fəaliyyətinin davam etdiyini, bu gün və 25 noyabr çərşənbə axşamı arasında yeni, güclü lava püskürməsi ehtimalının, xüsusilə, yüksək olduğunu bildirib. Havayın Böyük Adasında yerləşən və qorunan bir ərazi olan Vulkanlar Milli Parkında yerləşən Kilauea dünyanın ən aktiv vulkanlarından biridir. Təxminən bir ildir fasilələrlə püskürür və bu qarşıdan gələn püskürmə ötən ilin dekabrından bəri 37-ci vulkan partlaması olacaq.
Mənbə: Habertürk
Tərcümə etdi: Aygül Alıyeva
https://m.haberturk.com/dunyanin-en-aktif-yanardaglarindan-biri-kilauea-yanardagi-yeniden-lav-puskurtuyor-3840100
