Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ tərəfindən dəstəklənən sülh planı üzrə danışıqlardan sonra Rusiyaya ərazi verilməsinin "əsas problem" olduğunu bildirib.

Bunu o, bazar ertəsi günü İsveçdə keçirilən konfransa video mesajında deyib. Zelenski bildirib ki, Rusiya rəhbəri Vladimir Putin "oğurladığı ərazilərin qanuni tanınmasını, ərazi bütövlüyü və suverenlik prinsipinin pozulmasını istəyir".
Keçən həftə Cenevrədə 28 bəndlik sülh planı ilə bağlı keçirilən həftəsonu danışıqlarının "son dərəcə məhsuldar" olduğu açıqlanıb. ABŞ nümayəndələri danışıqlar zamanı plana "dəyişikliklər və aydınlaşdırmalar" edildiyini bildiriblər. Ancaq Rusiya tərəfi, hələ ki heç bir yeniləmə görmədiyini bəyan edib.
Sülh danışıqları davam edərkən Rusiyanın Ukraynaya hücumları da davam edir. Bazar günü Xarkova dron hücumunun nəticəsində ən azı dörd nəfərin həlak olduğu bildirilib.
Mənbə: BBC news
Tərcümə etdi: Fidan Ağayeva
