Dünyaca tanınmış alman aktyor Udo Kier 81 yaşında dünyasını dəyişib. Kier kino karyerası boyunca 200-dən çox filmə çəkilib və həm Avropa, həm də Hollivud istehsalatlarında mühüm rolları ilə tanınıb.

O, Lars von Trier-in bir çox filmlərində, həmçinin "Ace Ventura", "Blade" kimi məşhur ekran işlərində çıxış edib. Onun özünəməxsus obrazları və xarizmatik aktorluğu illər boyu kino sənayesində xüsusi yer qazanmasına səbəb olub.
Udo Kierin vəfatı dünya kino ictimaiyyətində böyük kədər doğurub. Bir çox kino tənqidçisi Udo Kieri " qeyri-adi, lakin səmimi ekran simalarından biri" adlandırıb. Sənət adamları və tamaşaçılar onu cəsarətli rol seçimi, fərqli ekran xarakterləri və uzun illər davam edən zəngin yaradıcılığı ilə xatırlayırlar.
Mənbə: the guardian
Tərcümə etdi: Zəhra Məlikova
