ABŞ Prezidenti Donald Tramp bildirib ki, Ukrayna rəhbərliyi müharibəni bitirmək üçün ABŞ-nin səylərinə görə "sıfır minnətdarlıq" göstərib. Bu açıqlama Cenevrədə ABŞ, Ukrayna və Avropa müttəfiqləri arasında sülh müqaviləsini yekunlaşdırmaq üçün danışıqlar gedən vaxta təsadüf edib.

Danışıqlardan dəqiqələr əvvəl isə Ukrayna Prezidenti Volodımır Zelenski deyib ki, ABŞ tərəfindən təklif edilən sülh planında Ukraynanın milli mənafeləri nəzərə alına bilər.
Avropa liderləri 28 bənddən ibarət olan və ümumiyyətlə Rusiyanın xeyrinə hesab edilən bu planı tənqid ediblər.
Müxbirlərin qeydlərinə görə, Trampın bu çıxışından sonra ABŞ nümayəndə heyəti danışıqlar barədə susqunluğu saxlayıb və Cenevrədə bir müddət əvvəl yaranan zəif ümid atmosferi yox olub.
Mənbə: BBC news
Tərcümə etdi: Fidan Ağayeva
