Ukraynanın şərq hissəsində Pokrovsk istiqamətində vəziyyət gərginləşib və Rusiya qüvvələri təchizat yollarını vurub. Zirehli texnika ilə hərəkət etmək mümkünsüzləşib, piyada daşıma isə böyük risk yaradıb. Bu səbəbdən Ukrayna ordusu pilotsuz quru robotlarından geniş istifadə etməyə başlayıb.

Kiçik tankı xatırladan UGV-lər cəbhəyə sursat, su və yanacaq çatdırıb. Əsgərlər bu robotları uzaq məsafədən idarə edib və onların sayəsində canlı qüvvənin itkiləri azalıb. Hərəkəti çətin aşkar olunduğu üçün robotlar ölüm zonasından nisbətən təhlükəsiz keçib.
Lakin Rusiya dronları və artilleriyası həmin ərazidə hərəkət edən hər şeyi vurmağa çalışıb. Yaralıların çıxarılması zamanı bəzi robotlar mina və dron hücumlarına tuş gəlib. UGV operatorları bir çox tapşırığın böyük çətinliklə yerinə yetirildiyini bildiriblər.
Ordunun pilotsuz sistemlər bölməsi təchizatın 90%-nin artıq robotlarla daşındığını açıqlayıb. Buna baxmayaraq, göndərilən robotların yalnız təxminən üçdə biri hədəfinə çata bilib. Ukrayna qüvvələri vəziyyəti nə qədər çətin olsa da, cəbhə xəttini qorumağa davam edib.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva
