Cənubi Afrikanın Johannesburg şəhərində baş tutan G20 Liderlər Zirvə Toplantısının yekun bəyannaməsi qəbul edilib.

Cənubi Afrika Prezidentinin elçisi Vinsent Maqvenya sammitdə mətbuata açıqlamasında yekun bəyannamənin G20 liderləri tərəfindən qəbul edildiyini bildirib.
Maqvenya deyib: “Biz tədricən yekdilliklə təsdiqə doğru irəliləyirdik və indi təsdiq edilmiş zirvə toplantısı bəyannaməsinə sahibik. Proqramda kiçik bir dəyişiklik olub. Normalda təsdiq prosesi sonunda baş verir, lakin dünən gün ərzində müxtəlif ikitərəfli görüşlər zamanı zirvə toplantısı bəyannaməsinin ilk gündəm maddəsi kimi qəbul edilməli və sonra günün geri qalan hissəsinə keçməli olduğu hiss olunurdu. Bəyannamədə xüsusilə dünyanın ən ciddi dörd münaqişəsi vurğulanır: Konqo Demokratik Respublikası, Sudan, Ukrayna və Fələstin”.
ABŞ prezidenti Donald Tramp əvvəllər Cənubi Afrikada keçirilən G20 Zirvə Görüşünü "tamamilə rüsvayçılıq" adlandıraraq deyib: "Afrikanerlər (Hollandiyalı köçkünlər ilə Fransa və Alman miqrantlarının nəsilləri) qətlə yetirilir və qırğın edilir, torpaqları və fermaları qanunsuz olaraq ələ keçirilir. Bu insan haqları pozuntuları davam etdiyi müddətcə ABŞ hökumətinin heç bir rəsmisi görüşdə iştirak etməyəcək". Bu səbəbdən ABŞ sammitə nümayəndə göndərməyib.
Mənbə: CNN türk
Tərcümə etdi: Aygül Alıyeva
