Braziliyada keçirilən COP30 sammitində danışıqlara rəhbərlik edən Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Naziri Murat Kurum COP31-ə Türkiyənin ev sahibliyi və sədrlik edəcəyini açıqlayıb. Sammit üçün 196 ölkənin lideri Türkiyəyə səfər edəcək.

Qərarı açıqlayan nazir bildirib: "Bu gündən etibarən gələcəyimiz üçün ən mənalı marafonumuza start veririk. Türkiyə olaraq yalnız öz bölgəmizə deyil, həm də Sakit okean və Afrika kimi kövrək bölgələrə diqqət yetirərək şimal və cənubu birləşdirən tərəflərin ədalətli və balanslı bir konfransı təşkil etməyə qərarlıyıq. Artıq hamınızı Türkiyədə COP31 körpüsündə qəbul etməyi səbirsizliklə gözləyirik”.
Kurumun tam bəyanatı belədir: "Yüzlərlə ikitərəfli görüşlər, onlarla ölkəyə iqlim əsaslı səfərlər, diplomatik danışıqlar günləri... Və nəhayət, COP31-in prezidenti və ev sahibi Türkiyə! Bu tarixi məsuliyyətlə biz bu gündən etibarən ortaq evimiz-dünya üçün ən mənalı marafonumuza başlayırıq. 2053-cü il üçün Net Sıfır Emissiya Hədəfi və prezidentimiz cənab Recep Tayyib Erdoğan tərəfindən irəli sürülən yaşıl transformasiya vizyonuna uyğun olaraq ədalətli, əhatəli, iştirakçı və şəffaf bir proses həyata keçirəcəyik. Artıq qlobal bir ekoloji hərəkat halına gələn “Sıfır Tullantı” kampaniyası ilə xanım Emine Erdoğanın himayəsi altında ortaq evimiz olan dünyanın gələcəyinə əhəmiyyətli töhfələr verməyə davam edəcəyik. Ölkəmizə və dünyamıza təsir edən bütün məsələlərdə olduğu kimi, Türkiyə yenidən güvənin, ümidin, gələcəyin ünvanı olacaq. Ümid edirəm ki, bu qərar bütün iştirakçı tərəflər, regionumuz və qlobal iqlim mübarizəsi üçün faydalı olacaq".
Mənbə: Haberler
Tərcümə etdi: Banuçiçək Qurbanova
