Bu gün:

Britaniya və İndoneziya 4 milyard funtluq saziş bağlayıb


Böyük Britaniya Baş naziri və İndoneziya Prezidenti arasında keçirilən telefon danışığı zamanı iki ölkə arasında dənizçilik və müdafiə sahələrini əhatə edən yeni strateji əməkdaşlıq paketinin təsdiqləndiyi bildirilib. Sazişin ümumi dəyərinin təxminən 4 milyard funt olduğu vurğulanıb.

Britaniya hökumətinin məlumatına görə, tərəflər həmçinin təhsil və iqtisadi əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər. Danışıqlar zamanı regional təhlükəsizlik məsələləri də müzakirə olunub. Britaniya tərəfi, xüsusilə, İndoneziyanın Qəzza və Ukrayna ilə bağlı mövqeyinə diqqət çəkib və bu məsələlərdə sıx dialoqun davam etdiriləcəyini bildirib.

Yeni saziş Londona Asiya-Sakit okean regionunda daha aktiv iştirak imkanı yaradır və iki ölkə arasında qarşılıqlı strateji maraqların möhkəmləndirilməsi kimi qiymətləndirilir.


Mənbə: Gov.UK
Tərcümə etdi: Zəhra Məlikova

Paylaş
Şərh əlavə et