Böyük Britaniya, Fransa və Almaniyanın rəhbərləri Ukraynanın Rusiya ilə müharibəsini bitirmək məqsədilə ABŞ tərəfindən irəli sürülən sülh planını G20 sammitində gücləndirməyə çalışacaqlar. Bu barədə Böyük Britaniyanın baş naziri Sir Keyir Starmer məlumat verib.

Sammit Prezident Volodimir Zelenskinin "tariximizin ən çətin anlarından biri" ilə üzləşdiyini bildirən xəbərdən bir gün sonra Cənubi Afrikada başlayır. Zelenski daha əvvəl sızdırılan və Moskva üçün əlverişli olduğu qiymətləndirilən planı qəbul etmək təzyiqi ilə bağlı xəbərdarlıq edib.
Cümə günü Zelenski Sir Keyir Starmer, Fransa və Almaniyanın rəhbərləri ilə telefon danışıqları aparıb. Bundan sonra Böyük Britaniya baş naziri bildirib ki, Ukraynanın "dostları və tərəfdaşları" "daimi sülhü bir dəfəyə həll etmək" üçün sadiqdirlər.
Nə ABŞ Prezidenti Donald Tramp, nə də Rusiya Prezidenti Vladimir Putin G20-yə qatılır.
Mənbə: BBC news
Tərcümə etdi: Fidan Ağayeva
