Bu gün:

Teylor Qriyn Trampla gərginlikdən sonra Konqresi tərk edəcəyini bildirib


Gürcüstan nümayəndəsi Marcoriy Teylor Qriyn 5 yanvar 2026-cı ildə Konqresi tərk edəcəyini elan edib. Qərar onun keçmiş prezident Donald Tramp ilə açıq münaqişəsindən sonra verilib.

Uzun müddət Trampın loyal tərəfdarlarından olan Qriyn Ceffri Epşteyn sənədlərinin açıqlanmasını tələb etdikdən sonra tərəflər arasında ciddi qarşıdurma yaranıb. Tramp onu “xəyanətkar" adlandıraraq Qriynə qarşı respublikaçı rəqib dəstəkləyə biləcəyini bildirib. 


Konqresmen çıxışında prezidentin onu hədəf almasının seçicilərini çətin vəziyyətə sala biləcəyini deyib və istefasını bu səbəblə əsaslandırıb. 


Qriynin gedişi Respublikaçıların Nümayəndələr Palatasındakı cüzi üstünlüyünü daha da azaldıb.


Mənbə: BBC

Tərcümə etdi: Zəhra Əliyeva

Paylaş
Şərh əlavə et