Prezident Rəcəb Tayyib Ərdoğan Beykozda keçirilən “Gənclərin səsi var” proqramında telefonla gənclərə müraciət edib.

Beykoz Bələdiyyə sədrinin müavini Özlem Vural Gürzel rayon gəncləri ilə görüşdüyü proqram zamanı prezident Ərdoğana zəng edib.
Gürzelin sosial şəbəkədə paylaşdığı görüntülərə görə, Ərdoğan salonda olan gənclərə telefonla müraciət edərək, tədbir iştirakçılarını təbrik edib.
Prezident Ərdoğan görüşün Beykoz və İstanbul xalqı üçün xeyirli olacağına ümid etdiyini ifadə edərək, "Cənubi Afrika səfərimdən döndükdən sonra Beykoza səfər edəcəyəm. Siz gənclər olaraq Özlem bacımıza kömək edəcəksiniz", - deyib.
Proqramda iştirak edən gənclər Ərdoğanın sözlərinə alqışlarla cavab verib.
Mənbə: Trt Xəbər
Tərcümə etdi: Nəzrin Nəsirova
