Bu gün:

Trampın müharibəni bitirmək istəyi ehtiyatla qarşılanıb


Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin müharibəni bitirmək üçün hazırladığı sülh planını açıq şəkildə tənqid etməyib. Prezident gecə müraciətində diplomatik həllə hazır olduqlarını bildirərək ehtiyatlı mövqe sərgiləyib. 

Sənəddə Donbasdan imtina, Ukrayna ordusunun kiçildilməsi və ölkə daxilində beynəlxalq qoşunların yerləşdirilməsinə qadağa kimi bəndlər yer alıb. Bu maddələr Ukraynanın bundan əvvəl rədd etdiyi güzəştlər hesab edilir.


Son aylarda korrupsiya qalmaqalları, enerji infrastrukturu üzərinə hücumlar və Rusiyanın şərq istiqamətində irəliləyişi Kiyevin mövqeyini zəiflədib. Bu şərtlər Vaşinqton və Moskva tərəfindən də nəzərə alınıb. 


ABŞ dövlət katibi Rubio hər iki tərəfin çətin qərarlar qarşısında qaldığını bildirib. Hazırlanan layihə Ukraynaya təhlükəsizlik təminatları və dondurulmuş Rusiya aktivləri hesabına bərpa proqramı təklif edir. 


Tramp administrasiyası planı qısa müddətdə yekunlaşdırmaq istəyib və danışıqlar üçün Moskva səfərinə hazırlaşıb. 


Mənbə: BBC

Tərcümə etdi: Zəhra Əliyeva

Paylaş
Şərh əlavə et