Bu gün:

İmtiyazlı şəxslərin sanatoriya-kurort təminatında imkanları artırılıb


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına əsasən, 24Media xəbər verir ki, Nazirlər Kabinetinin qanunvericilikdə etdiyi yeni dəyişikliklər əlilliyi olan və digər imtiyazlı şəxslərin sanatoriya-kurort putyovkası ilə təminat imkanlarını genişləndirir.

Dəyişikliklərə görə, yollayış hüququ yaranan 18 yaşadək uşaqlar artıq müşayiətçi ilə təmin oluna biləcəklər. İstehsalatda bədbəxt hadisə və peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxsin çalışdığı müəssisə ləğv edilsə belə, işəgötürən yenidən təşkil olunarsa, həmin şəxslər hüquqi varis tərəfindən yollayış ala biləcək.

Bundan əlavə, orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilən şəxslər və ya əlilliyi olan uşaqlar sanatoriya-kurort müalicəsi zamanı bir dəfə müşayiətçini dəyişmək hüququna malik olacaqlar.

Yeni qaydalarda sanatoriya-kurort yollayışının nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi üzərindən “Sanatoriya-kurort” altsistemi ilə avtomatlaşdırılmış şəkildə verilməsi nəzərdə tutulur.

Həmçinin dağınıq skleroz, hemofiliya və talassemiya xəstələrinin sanatoriya müalicəsi ilə bağlı qaydalarda texniki uyğunlaşdırmalar aparılıb.


Asiya Zeynallı

Paylaş
Şərh əlavə et