Bu gün:

Paris məhkəməsi tarixi kalkulyator hərracını dayandırıb


Paris məhkəməsi müvəqqəti qərar verib, buna görə dünyanın ilk hesablama maşınlarından biri Fransada keçiriləcək hərraca çıxarılmayacaq.

Hərrac evi Kristi fransız riyaziyyatçısı Blez Paskal tərəfindən 1642-ci ildə hazırlanmış La Paskalin maşınının hərracının keçirilməyəcəyini təsdiqləyib.

Qiymətləndirmələr maşının 2 milyon avro ilə 3 milyon avro arasında satıla biləcəyini göstərib və Kristis onu "hərracda təklif olunan ən vacib elmi alət" adlandırıb.

Alimlər və tədqiqatçılar tarixi alətə miras qorunması statusu verilməsi üçün "milli sərvət" kimi təsnif edilməli olduğunu iddia edərək məhkəməyə müraciət ediblər.

Mənbə: BBC News

Tərcümə etdi: Nərmin Nəcəfova

Paylaş
Şərh əlavə et