Məşhur müğənni Teylor Svift və NFL ulduzu Trevis Kelce nişanlandığını açıqlayıb. Xəbər qısa zamanda bütün dünya mediasında yayılaraq ilin ən çox müzakirə olunan hadisələrindən birinə çevrilib.
Məlumata görə, Trevis Teylora romantik səfərləri zamanı evlilik təklifi edib. Kadrlar cütlüyün son dərəcə xoşbəxt olduğunu göstərir və uzun müddətdir davam edən şayiələrdən sonra bu xəbər fanatları xüsusilə sevindirib.
Teylorun komandası məlumatı təsdiqləsə də, cütlük hələlik əlavə açıqlama verməyib. Bununla belə, onların nişanlanması 2025-ci ilin ən böyük şou-biznes hadisələrindən biri kimi qiymətləndirilir.
Mənbə: theguardian.com
Tərcümə etdi: Şehrin Musayeva
