Bu gün:

Zelenski Anıtkabirə baş çəkib


Ukrayna prezidenti Vladimir Zelenski Ankaradakı təmasları çərçivəsində Anıtkabirə səfər edib.


Zelenski və onu müşayiət edən şəxslər Milli Pakt Qülləsinin qarşısından keçərək Ulu Öndər Qazi Mustafa Kamal Atatürkün məqbərəsinə gəliblər. Vladimir Zelenski Atatürkün məqbərəsi önünə əklil qoyub, bir dəqiqəlik sükutla yad edib.

Müxtəlif məsələləri, xüsusən də Rusiya-Ukrayna müharibəsi ilə bağlı aktual hadisələri müzakirə etmək üçün Ankaraya səfər edən Zelenski prezident Rəcəb Tayyib Ərdoğanla ikitərəfli görüş keçirəcək.

 İşgüzar nahardan sonra liderlər birgə mətbuat konfransı keçirəcəklər.


Mənbə: TRT haber

Tərcümə etdi: Banuçiçək Qurbanova

Paylaş
Şərh əlavə et