Bu gün:

Ternopolda doqquz mərtəbəli binalar atəşə tutulub


Çərşənbə günü Rusiya Ukraynadakı enerji obyektlərinə növbəti kütləvi zərbə endirib. Ternopildə hücum doqquz mərtəbəli yaşayış binasını qismən dağıdıb və daha bir binaya ziyan vurub. İkisi uşaq olmaqla 20 nəfərin öldüyü bildirilib. Rusiya Müdafiə Nazirliyi tələfat xəbərlərini şərh etmədən zərbənin hərbi-sənaye və enerji obyektlərini hədəf aldığını bildirib.

Ukrayna prezidenti Vladimir Zelenski gecə hücumu zamanı 470-dən çox hücum pilotsuz təyyarəsi və 48 müxtəlif tipli raketdən istifadə edildiyini bildirib.

Ukrayna Hərbi Hava Qüvvələri bölgəyə 7 raket, 34 pilotsuz uçan aparatın vurulduğunu bildirib, əsas hücum vektorları kimi Lvov, Ternopil və Xarkov bölgələrini adlandırıb.

"Ternopolda doqquz mərtəbəli yaşayış binalarına ziyan dəyib, yanğınlar baş verib. Təəssüf ki, dağıntılar altında insanlar ola bilər", - Zelenski bildirib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Fövqəladə Hallar Xidməti xəbər verir ki, şəhərdə baş vermiş kütləvi yanğın nəticəsində ikisi uşaq olmaqla 20 nəfər həlak olub, 16-sı uşaq olmaqla 66 nəfər xəsarət alıb. Yanğınsöndürənlər 45 nəfəri xilas ediblər.

Polisin məlumatına görə, səhər saat 7 radələrində iki hündürmərtəbəli yaşayış binası vurulub. Regional prokurorluq “raket-dron zərbəsi” barədə məlumat verib.

Ukraynanın daxili işlər naziri İqor Klimenko iki doqquzmərtəbəli yaşayış binasına ciddi ziyan dəydiyini açıqlayıb. O qeyd edib: "Birində yanğın var, digərində üçüncü mərtəbədən doqquzuncu mərtəbəyə qədər".

"Xilasedicilər blokada olan mənzillərdən insanları təxliyə etməyə davam edir", - nazir əlavə edib,- "dağıntılar altında qalan insanlar var”.

"Sənaye obyektində də insident olub", - prokurorluqdan bildiriblər.

Mənbə: BBC News

Tərcümə etdi: Əli Balayev

Paylaş
Şərh əlavə et