Bu gün:

Anok Yai 2025-ci ilin “Model of the Year” mükafatına layiq görülüb


Londonda keçirilən “British Fashion Council”nin illik mükafatlandırma mərasimində supermodel Anok Yai 2025-ci ilin “Model of the Year” titulunu qazanıb.

Bu xəbər moda dünyasında böyük rezonans doğurub və onun son illərdəki yüksəlişini bir daha təsdiqləyib.

Niyə məhz Anok Yai?

Son bir il ərzində Anok Yai “Chanel”, “Versace”, “Balmain” və “Estée Lauder” kimi qlobal brendlərin kampaniyalarında yer alıb, bir çox yüksək səviyyəli podiumların açılış və bağlanışında çıxış edib. Modelin güclü bədən dili, kamera qarşısında dəyişkənliyi və fərqli vizual enerjisi onu dizaynerlərin əsas seçimlərindən birinə çevirib.

Afrika mənşəli model kimi Yai qlobal moda səhnəsində müxtəlifliyin artmasına mühüm töhfə verən simalar arasında göstərilir. Dizaynerlər və fotoqraflar onun peşəkarlığını xüsusi vurğulayırlar.

Moda dünyasının reaksiyası:

Mütəxəssislərin qiymətləndirməsinə görə, Anok Yai-nin əldə etdiyi mükafat onun moda industriyasındakı uğurlarını təsdiqləyən tamamilə layiqli bir nəticədir. 


Mənbə: albertreview.com.au

Tərcümə etdi: Şehrin Musayeva



Paylaş
Şərh əlavə et