ABŞ Konqresi Epşteynlə bağlı sənədlərin açıqlanmasını tələb edən qanun layihəsini qəbul edərək sənədi prezident Donald Trampın imzasına göndərib. Tramp uzun müddət təşəbbüsü dəstəkləməsə də, Respublikaçı Partiya daxilində artan təzyiq fonunda mövqeyini dəyişib.

Sənədlərin açıqlanması tələbi MAGA hərəkatında ciddi gərginlik yaradıb. Marjori Teylor Qrin Trampın onu “xain” adlandırmasına baxmayaraq geri çəkilməyib və layihəni dəstəkləməyə davam edib. Proses Respublikaçılar arasında parçalanmanın gücləndiyini göstərir.
Siyasi strateglər Trampın qərarını partiya bazası arasında artan narazılığı yumşaltmaq cəhdi kimi qiymətləndirir. Epşteyn qalmaqalı Ağ Evin digər gündəlik təşəbbüslərini də arxa plana keçirib. Analitiklər bildirir ki, Tramp diqqəti iqtisadi məsələlərə yönəltmək istəsə də, daxili təzyiq səbəbindən geri addım atmalı olub.
Buna baxmayaraq, Tramp Respublikaçı elektorat arasında ən təsirli siyasi fiqur olaraq qalır və nəticədə sənədlərin açıqlanmasına razılıq verib.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva
