Bu gün:

Elon Musk Tramp və Səudiyyə vəliəhdinin şam yeməyinə qatılıb


ABŞ-nin sabiq prezidenti Donald Tramp tərəfindən Vaşinqtondakı Ağ Evdə Səudiyyə şahzadəsi Məhəmməd bin Salmanın şərəfinə təşkil edilən prestijli dövlət şam yeməyinə Elon Musk da qatılıb.

Bu, Musk və Tramp arasında ilin əvvəlində yaşanan kəskin fikir ayrılıqlarından sonra onların ikinci açıq görüşü olub. Musk əvvəllər Trampı tənqid edib, hətta yeni siyasi partiya quracağını bildirib. 

Şam yeməyinin məqsədi ABŞ ilə Səudiyyə Ərəbistan arasında münasibətləri gücləndirmək idi, eyni zamanda bin Salman qlobal imicini bərpa etməyə yönəlik diplomatik addım kimi qiymətləndirilir. 

Tədbirdə yalnız Musk yox, həmçinin futbolçu Kriştiano Ronaldo və Nvidia-nın baş direktoru Jensen Huang kimi yüksək profilli şəxslər də iştirak edib.

Mənbə: Reuters.com

Tərcümə etdi: Aylin Bayraməliyeva 

Paylaş
Şərh əlavə et