Bu gün:

Həyat yoldaşını öldürüb, ögey oğlu ilə evlənib


ABŞ-nin Nevada ştatında baş verən dəhşətli cinayət hadisəsində keçmiş porno ulduzu Devyn Michaels keçmiş həyat yoldaşı Johnathan Willetteni öldürməkdə və parçalamaqda təqsirli bilinib.

Polisin məlumatına görə, 46 yaşlı Willettenin cəsədi Hendersondakı evində anası tərəfindən yorğanlara bükülü halda tapılıb. Onun kəllə hissəsi isə hadisə yerində olmayıb və baş hələ də tapılmayıb.

Ögey oğlu ilə gizli nikah

Maraqlı faktlardan biri də odur ki, cinayətdən sonra Michaels keçmiş ərinin 29 yaşlı oğlu Deviere Willette ilə gizlicə evlənib.

Deviere məhkəmədə ifadə verərək atasının ölümündə heç bir rolu olmadığını bildirib.

“Ailəm artıq mənə inanmır”

Michaels isə ittihamları rədd edib: “Artıq ailəmdən heç kim mənim günahsız olduğuma inanmır. Amma mən yenə də günahsızam”, – deyə o bildirib.

Cəza yanvarın 8-də açıqlanacaq

Prokurorluq ölüm hökmü tələb etmədiyini açıqlayıb, lakin sənədlərə görə, Michaelsın ömürlük həbs cəzası alması yüksək ehtimal olunur. İş üzrə araşdırma davam edir.

https://share.google/FscGZhiOMaunjDqCg

Mənbə: Sözcü 

Tərcümə etdi: Piranə Xasiyeva 

Paylaş
Şərh əlavə et