"Miss Universe" müsabiqəsinin təşkilatçısı Nawat Itsaragrisil sosial şəbəkələrdə sürətlə yayılan bir videoya görə ciddi tənqidlərə məruz qalıb. Videoda o, Miss Mexico Fatima Boscha əsəbiləşib. Miss Mexico müsabiqə qaydalarına görə, Tayland haqqında reklam paylaşmalı imiş, amma bunu etməyib. Təşkilatçı da buna görə ona irad bildirib və mübahisə başlayıb.
Tədbirdə olan jurnalistlər Nawatın iştirakçını “dumbhead” (axmaqbaş) adlandırdığını iddia edib. Nawat isə bunu qəti şəkildə təkzib edib və həmin an yalnız “damage” sözünü işlətdiyini bildirib. Söhbət gərginləşəndən sonra Fatima Bosch ona belə cavab verib: “Siz mənə qadın kimi hörmət etmirsiniz''. Bundan sonra Nawat mühafizəçiləri çağırıb, Bosch isə otağı tərk edib. Bir neçə digər iştirakçı, o cümlədən hazırkı "Miss Universe"də ona dəstək olaraq otaqdan çıxıb.
Müsabiqənin prezidenti Raul Rocha baş verənləri ictimai aqressiya və ciddi sui-istifadə kimi qiymətləndirib. Mətbuat konfransında Nawat məsələni izah etməyə çalışıb, jurnalistlərin təkidindən sonra isə emosional anlar yaşayıb və ağlayaraq “Mən də incinə bilən bir insanam” deyib. O, həmçinin bütün iştirakçılardan üzr istəyib: “Əgər kimsə narahat olubsa, çox təəssüf edirəm. Hadisə artıq keçib''. Qalmaqal "Miss Universe" müsabiqəsinin gedişinə ciddi təsir edib və final gecəsinə qədər keçiriləcək tədbirlər bu mübahisənin kölgəsində qalıb.
Mənbə: SKY news
Tərcümə etdi: Aydan Xudayarova
