Son günlər sosial şəbəkələrdə Mədəniyyət Nazirliyinin 2004–2022-ci illərdəki fəaliyyəti ilə bağlı səsləndirilən iddialara cavab olaraq Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin məlumatına əsaslanaraq 24media.az olaraq bildiririk ki, həmin dövr üzrə aşkarlanan qanun pozuntuları mövcud qanunvericilik çərçivəsində araşdırılıb, hüquqi qiymət verilib və müvafiq məsuliyyət tədbirləri tətbiq olunub.

Bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən Nazirliyin təşkil etdiyi tədbirlərdə ifaçı seçim qaydalarına dair əsassız məlumatlar yayılmaqdadır. Nazirlik əməkdaşları tərəfindən qanunsuzluq halları ilə bağlı müraciətlər daxil olduqda araşdırmalar aparılır, zəruri olduqda toplanmış materiallar obyektiv hüquqi qiymətləndirilmə üçün hüquq-mühafizə orqanlarına təqdim olunur.
İncəsənət nümayəndələrinin dövlət tədbirlərinə buraxılmaması ilə bağlı şikayətlərə gəlincə, bu iddialar ötən il yenidən gündəmə gətirilsə də, Nazirlik tərəfindən aparılan xidməti yoxlama zamanı həmin məlumatları təsdiqləyən fakt və sübutlar təqdim edilməmişdir. Bu isə irəli sürülən iddiaların əsassız olduğunu bir daha təsdiqləyir.
Rəsmi tədbirlərdə və konsert proqramlarında çıxış edən ifaçıların seçimi tədbirin formatına, konsepsiyasına və ifaçının repertuarının uyğunluğuna əsasən aparılır və müvafiq ekspert qrupunun qərarı ilə təsdiqlənir.
Nazirliyin 2004–2022-ci illər üzrə keçmiş fəaliyyəti ilə bağlı səsləndirilən müxtəlif fikirlərin qurumun bu günkü fəaliyyətinə kölgə salması yolverilməzdir. Bildirilir ki, dəqiq faktlara söykənmədən Nazirlik barədə həqiqətə uyğun olmayan, şərəf və ləyaqəti alçaldan və ictimaiyyətdə çaşqınlıq yaratmağa yönəlmiş məlumatların yayılması hüquqi məsuliyyət yaradır.
Rəna Qarayeva
