Bu gün:

Banqladeşdə Şeyx Hasinaya ölüm hökmü çıxarılıb


Banqladeşin devrilmiş Baş naziri Şeyx Hasina ötən il tələbə etirazlarına qarşı ölümcül güc tətbiq etdiyinə görə insanlığa qarşı cinayətlərdə təqsirli bilinib və edama məhkum edilib. 1400 nəfərin öldüyü etirazlar onun 2024-cü ildə hakimiyyətdən uzaqlaşdırılması ilə nəticələnib.

Hasina Hindistanda sürgündə olduğu üçün qiyabi mühakimə olunub. O, ittihamları siyasi motivli adlandırıb və hökumətinin insan hüquqları sahəsində fəaliyyətini müdafiə edib.


BMT hesabatında etirazçılara yaxın məsafədən atəş açılması, işgəncələr və kütləvi həbslər sənədləşdirilib. Məhkəmədə Hasinanın “öldürücü silahların” tətbiqinə icazə verdiyini göstərən səs yazısı səsləndirilib.


Hökm Dəkkədə təhlükəsizlik tədbirlərini artırıb və etirazlarda yaxınlarını itirən ailələr sərt cəza qərarını təqdir ediblər. Ölkədə siyasi gərginlik davam edib.


Mənbə: BBC

Tərcümə etdi: Zəhra Əliyeva

Paylaş
Şərh əlavə et