Pakistanın nüfuzlu ingilisdilli qəzeti Dawn-da süni intellektə aid bir mətnin səhvən dərc edilməsi geniş müzakirələrə səbəb olub. Hadisə bir xəbər məqaləsinin sonunda süni intellektdən qalan ifadələrin oxucular tərəfindən aşkar edilməsi ilə sosial mediada sürətlə yayılıb. Bu səhv həm redaksiya prosesinə, həm də süni intellektdən istifadə qaydalarına dair ciddi suallar doğurub.
"Dawn" redaksiyası rəqəmsal versiyada dərhal düzəliş edərək xəbərdən süni intellekt tərəfindən yaradılan mətnin çıxarıldığını və bunun mövcud siyasətlərinə zidd olduğunu bildirib. Hadisə ictimaiyyət arasında “peşəkar redaktə çatışmazlığı” kimi qiymətləndirilib. Sosial şəbəkələrdə paylaşılan reaksiyalar media orqanlarında süni intellektin nəzarətsiz tətbiqinə qarşı narazılığın artdığını göstərib.
Bu hadisə süni intellekt cihazlarının xəbər istehsalında ehtiyatsız istifadəsinin media etibarlılığına zərər verə biləcəyini bir daha ortaya qoyur. Jurnalistlər və redaksiyalar süni intellektdən istifadə zamanı daha ciddi nəzarət mexanizmlərinə ehtiyac duyulduğunu anlayıblar. Ümumi reaksiyalar isə media sektorunda etik qaydalar və texnoloji adaptasiya arasında balansın vacibliyini vurğulayıb.
Mənbə: Nuvemmag.com
Tərcümə etdi: Fidan Mənsimova

