Bu gün:

Banqladeşin keçmiş lideri ölüm cəzasına məhkum edilib


Banqladeşin keçmiş Baş naziri Şeyx Həssinə insanlığa qarşı cinayətlərdə təqsirli bilinərək ölüm cəzasına məhkum edilib.

Xüsusi tribunal onun keçən il tələbə etirazları zamanı baş verən zorakılığa əmr verdiyinə qərar verib. BMT-nin qiymətləndirməsinə görə, həmin hadisələr zamanı 1400 nəfərə qədər insan həyatını itirib ki, onların da əksəriyyəti təhlükəsizlik qüvvələri tərəfindən atəş açılması nəticəsində ölüb.

Həssinə məhkəmənin qərarını "qərəzli və siyasi motivli" adlandıraraq qərardan sonra çıxardığı bəyanatda buna etiraz edib. O, məhkumiyyətə məhkəmədə iştirak etmədiyi halda mühakimə olunub və hakimiyyətdən getdikdən sonra Hindistanda sürgündə yaşayır.

Bu qərar Hindistanı Həssinəni ekstradisiyə etmək təzyiqi altına sala bilər, lakin bunun baş verməsi ehtimalı azdır.

Banqladeşin hər yerində etirazların qarşısının alınması üçün təhlükəsizlik tədbirləri gücləndirilib və bəzi etiraz aksiyaları baş verib.

Mənbə: BBC news

Tərcümə etdi: Fidan Ağayeva

Paylaş
Şərh əlavə et