Almaniyanın Felzmann hərrac evinin Holokost artefaktlarını satışa çıxarması böyük ictimai narazılıq yaradıb və Polşa ilə Almaniya rəsmilərinin müdaxiləsindən sonra hərrac ləğv edilib.

Holokostdan sağ qalanların bir qismi Almaniyanın Felzmann adlı hərrac evinə müraciət edərək onlardan “əsas insani ləyaqət göstərib”, “süni şəkildə qəddarlaşdırılıb və yolverilməz” adlandırdıqları hərracı dayandırmağı tələb edib.
Polşanın xarici işlər naziri bazar günü Almaniyada keçiriləcək “təhqiramiz” Holokost artefaktları hərracının ləğv edildiyini bildirib və bu məlumatı Almaniyadakı həmkarından aldığını qeyd edib. Radoslav Sikorski X platformasında paylaşım edərək özü və Almaniyanın xarici işlər naziri Yohann Vadepulun “belə bir hadisənin qarşısının alınması barədə razılığa gəldiklərini” yazıb. O, hərracın ləğv edildiyi üçün Vadepula təşəkkür edib.
Holokostdan sağ çıxanlar qrupunun müraciətindən sonra Almaniyanın Felzmann hərrac evi bazar ertəsinə planlaşdırılan, içində məhbusların yazdığı məktublar və adları göstərilən digər sənədlər olan yüzlərlə Holokost artefaktının satışını dayandırıb.
Bazar günü səhər saatlarında Auktionshaus Felzmann saytında hərrac barədə yerləşdirilən məlumat günorta saatlarında saytdan çıxarılıb. Hərrac evi bazar günü edilən zənglərə, elektron məktuba və mesajlara dərhal cavab verməyib.
Almaniyanın dpa agentliyi bildirib ki, Düsseldorf yaxınlığında, Neys şəhərində keçiriləcək hərracda 600-dən çox vahid məhsul təqdim edilməsi planlaşdırılıb. Bunların arasında alman konsentrasiya düşərgələrindəki məhbusların evdəki yaxınlarına göndərdiyi məktublar, Gestapo indeks kartları və digər “icraçı sənədləri” olub. Hərrac “Terror Sistemi” adlandırılıb.
Berlində yerləşən və sağ qalanlardan ibarət Beynəlxalq Auşvits Komitəsinin vitse-prezidenti Kristof Hoybner şənbə günü bildirib: "Nazi təqibinə məruz qalanlar və Holokostdan sağ çıxanlar üçün bu hərrac narahatlıq doğurub, onları sözsüz qoyub və yolverilməz bir addım kimi qarşılanıb".
Hoybner bildirib ki, belə sənədlər "qurbanların ailələrinə məxsus olub, muzeylərdə və xatirə sərgilərində nümayiş etdirilməli, adi ticarət predmeti kimi təqdim edilməməlidir".
O, Felzmann hərrac evinin məsul şəxslərinə əsas insani ləyaqət göstərib və hərracı ləğv etməyə çağırıb.
Mənbə: The Guardian
Tərcümə etdi: Fərid Tapdıqov
