Bu gün:

Leonid meteor yağışı bu gecə maksimuma çatacaq


Bu gecə dünyanın bir çox bölgəsində Leonid meteor yağışının ən parlaq və görünüşü ən intensiv mərhələsi müşahidə olunacaq. Mütəxəssislərin məlumatına görə, meteor yağışı gecə yarısından sonra daha aydın görünəcək və xüsusilə işıq çirklənməsi az olan ərazilərdə müşahidə üçün əlverişlidir.

Astronomlar Leonidləri ilin ən sürətli meteorit axınlarından biri kimi qiymətləndirirlər. Hər il noyabr ayında Yer Tempel-Tuttle kometasının buraxdığı toz və hissəciklərin içindən keçərkən bu hadisə baş verir.

Builki Leonid meteor yağışının saatda 10-20 meteorla özünü göstərməsi gözlənilir. Havanın açıq olduğu regionlarda "uçan ulduzlar" adi gözlə belə izlənə bilər.

Mənbə: Times of İndia

Tərcümə etdi: Zəhra Məlikova

Paylaş
Şərh əlavə et