Kreml bildirib ki, ABŞ Prezidenti Donald Tramp vasitəsilə qara siyahıya salınan Rusiyanın ən böyük iki neft şirkəti sanksiyalara qarşı “immunitet”ə malikdir.

Rus neftinin axışını təmin edən isə “xəyal” və “zombi” tankerlərdən ibarət “kölgə donanması”dır. Bu donanma sanksiyaları pozaraq milyonlarla barel nefti dünyanın müxtəlif yerlərindəki fürsətçi alıcılara daşıyır. Donanmanın başqa müştəriləri də var, İran mollaları, venesuelalı generallar və hətta fürsətçi qərbli iş adamları. Onlar üçün ətraf mühitə olan təhlükələr, bəzən dənizdə aylarla, hətta illərlə taleyinə buraxılan gəmi heyətinin təhlükəsizliyi deyil, əldə olunacaq mənfəət daha vacibdir.
Mənbə: BBC News
Tərcümə etdi: Səmayə Səftərova
