Avstraliyada rəngli oyun qumunun tərkibində asbest riski aşkarlandığı üçün 69 məktəbdə məhsul geri çağırılıb və hökumət bu səbəbdən bəzi təhsil ocaqlarının bazar ertəsi müvəqqəti bağlanacağını bildirib.

Bəzi nümunələrində asbest izləri tapılan məhsulların geri çağırılması Kmart və Target ticarət şəbəkələri tərəfindən şənbə günü elan edilib.
Avstraliya Rəqabət və İstehlakçı Komissiyası asbestin havaya qalxması və ya nəfəs almaq üçün kifayət qədər incə olması riskinin "aşağı" olduğunu bildirib.
Mənbə: BBC News
Tərcümə etdi: Nərmin Nəcəfova
