Bu gün:

AKP-li millət vəkili yol-nəqliyyat qəzası keçirib


AK Partiyanın Karaman millət vəkili Selman Oğuzhan Eser həyat yoldaşı və övladları ilə birlikdə yol-nəqliyyat qəzası keçirib. Eser və ailəsinin səhhətinin yaxşı olduğu bildirilib.

Qəza axşam saat 20:00 radələrində Karaman–Konya avtomobil yolunda baş verib.

Əldə olunan məlumata görə, millət vəkili Eser avtomobili ilə Karamandan Ankaraya gedərkən Konyanın Meram rayonunun Kaşınhanı məhəlləsi yaxınlığında qarşısına qəfil çıxan yük maşını ilə toqquşmamaq üçün manevr edib. Bu zaman avtomobil idarəetmədən çıxaraq yolayırıcındakı (refüjdəki) yol nişanına çırpılıb. Qəza anı avtomobildəki kamera görüntülərinə əks olunub. Millət vəkili Eser avtomobildə olan həyat yoldaşı və övladları ilə birlikdə qəzadan yüngül xəsarətlə çıxıblar. Onlar ehtiyat tədbiri olaraq təcili tibbi yardım maşını ilə Konya Şəhər Xəstəxanasına aparılıb. Millət vəkili Selman Oğuzhan Eser və ailəsinin səhhətinin yaxşı olduğu və xəstəxanadan buraxıldıqları bildirilib.

Qəza ilə bağlı araşdırma davam edir.

Mənbə: Haberglobal.com

Tərcümə etdi: Turqut Ansari

Paylaş
Şərh əlavə et