Bu gün:

Yaponiyada vulkan püskürüb


Yaponiyanın cənubundakı Kaqoşima körfəzindəki yarımadada yerləşən Sakurajima vulkanında püskürmə qeydə alınıb.

Yaponiya Meteorologiya Agentliyi Yaponiyanın cənubundakı Sakurajima vulkanında yerli vaxtla saat 00:57-də baş verən püskürmədən sonra külün 4400 metr yüksəkliyə qalxdığını açıqlayıb. Ölən və ya xəsarət alan olmayıb, ətrafdakı binalara ziyan dəyməyib.

Vulkanda püskürmədən sonra da aktivlik davam edib və ətraf prefekturalara tüstü və kül barədə xəbərdarlıq edilib.

Sakurajima Yaponiyanın ən aktiv vulkanı kimi tanınır və 2016-cı ilin fevral ayından bəri kraterdən 2 kilometr məsafədə heç kimin olmasına icazə verilməyib. Vulkanın yerləşdiyi yarımada vaxtilə Kaqoşima körfəzində ayrıca bir ada olub, lakin 1914-cü ildə baş verən güclü vulkan püskürməsindən sonra lava şərq sahil xəttini doldurduqdan sonra Osumi yarımadasına birləşib. Püskürmə Yaponiya tarixində ən böyük vulkan püskürməsi kimi qeydə alınıb.

Mənbə: Habertürk

Tərcümə etdi: Aygül Alıyeva

Paylaş
Şərh əlavə et