Bu gün:

Yaponiyanın ən aktiv vulkanı olan Sakurajima yenidən püskürür


Yaponiyanın cənubundakı Kaqoşima körfəzində yerləşən Sakurajima vulkanı yerli vaxtla saat 00:57-də güclü püskürmə ilə aktivliyini yenidən artırıb. Ölkənin ən aktiv vulkanı kimi tanınan Sakurajima uzun illərdir hökumət tərəfindən daim müşahidə altında saxlanılır.

Yaponiya Meteorologiya Agentliyi bildirir ki, püskürmə zamanı qalxan kül buludları təxminən 4400 metr yüksəkliyə çatıb. Hazırda bölgədə xəsarət alan və ya ziyan çəkən yoxdur, tikililərə də hər hansı zərər dəyməyib.

Hakimiyyət orqanları yaxın ərazilərdə yaşayan sakinləri kül və tüstü səbəbilə ehtiyatlı olmağa çağırır.

Sakurajima 1914-cü ildə baş verən böyük püskürmə ilə tarixə düşmüşdü. Həmin püskürmə nəticəsində lava axınları sahil xəttini doldurmuş və adanı Osumi yarımadası ilə birləşdirmişdi.

2016-cı ildən bu yana aktivliyi artdığı üçün vulkana 2 kilometr radiusda yaxınlaşmaq qadağandır. Yerli əhali isə illərdir vulkanın hər partlayışını diqqətlə izləməklə yaşayır.

Hakimiyyət xəbərdarlıq edir ki, yaxın bölgələrdə kül yağışı və sıx tüstü riski davam edə bilər.

 https://share.google/6pfDl41QhGZUblhbn

Mənbə: Sözcü 

Tərcümə etdi: Piranə Xasiyeva 

Paylaş
Şərh əlavə et