Bu gün:

Trump və Qrin arasındakı fikir ayrılıqları ictimai münaqişəyə çevrilib


ABŞ-də Donald Trump və Respublikaçılar Partiyasının nümayəndələr palatasının üzvü Marci Teylor Qrin arasında fikir ayrılıqları ictimai münaqişəyə çevrilib. Bu, prezidentlə onun ən sadiq müdafiəçilərindən biri arasında münasibətlərin pozulması kimi qiymətləndirilir.

Cümə günü Trump sosial şəbəkə yazılarında Qrini "qəribə" adlandıraraq gələn il keçiriləcək seçkilərdə onun yerinin dəyişdirilməsini tələb edib. Şənbə günü isə onu "xain" adlandırıb.

Son günlərdə Marci Teylor Qrin isə Trumpın hələ də "Amerikanı əvvələ qoyub qoymadığını" sorgulayaraq onun Cefri Epştinlə bağlı sənədlərin açıqlanması prosesinə münasibətini tənqid edib.

Bu münaqişə Nümayəndələr Palatasının həmin sənədlərin ictimayətə açıqlanması məsələsini müzakirə etməyə hazırlaşdığı bir vaxtda baş verib.

Mənbə: BBC news

Tərcümə etdi: Fidan Ağayeva

Paylaş
Şərh əlavə et