Böyük Britaniyada sığınacaq alan şəxslərin daimi yaşayış icazəsi alma müddəti 5 ildən 20 ilə qaldırılıb. Yeni islahatlar daxili işlər naziri Şabana Mahmood tərəfindən gələn həftə açıqlanacaq və bu, miqrasiya siyasətində böyük dəyişiklik kimi qiymətləndirilib.

Planlara əsasən, qaçqınlara yalnız müvəqqəti status veriləcək və hər 2,5 ildən bir bu status yenidən nəzərdən keçiriləcək. Ölkələri təhlükəsiz hesab edilən şəxslər geri qaytarıla biləcək. Bu siyasət Danimarkadakı sərt sığınacaq modelindən ilham alınıb.
Nazir bildirib ki, dəyişikliklər insanların qeyri-qanuni yollarla ölkəyə girişini dayandırmaq üçün nəzərdə tutulub. O, qeyri-qanuni miqrasiyanın ölkəni parçaladığını və bunun qarşısının alınmasının hökumətin vəzifəsi olduğunu vurğulayıb.
Müxalif deputatlar və hüquq-müdafiə təşkilatları islahatların sərt olduğunu deyib. Onların fikrincə, bu addımlar müharibə və işgəncələrdən qaçanları tərəddütdə qoymayacaq.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva
