Bu gün:

Klaudiya fırtınası Uelsdə fəsadlar yaradıb


Klaudiya fırtınası Böyük Britaniyada daşqınlara və ciddi fəsadlara səbəb olub. Arktikadan yaxınlaşan soyuq hava axını isə temperaturun kəskin enməsi və qar təhlükəsini artırıb.

Uelsin Monmut şəhərində çayın daşması nəticəsində sakinlər təxliyə olunub, xilasetmə xidməti gecə boyunca çalışıb. Gvent və Vuçesterşirdə 12 saat ərzində yağan 80-120 mm yağış yolların bağlanmasına və infrastrukturun zədələnməsinə gətirib çıxarıb.

Sinoptiklər temperaturun -7°C-ə düşəcəyini, güclü külək, qar və buzlanma riskinin artdığını bildiriblər. İngiltərənin bəzi bölgələrində evlər su altında qalıb, dəmir yolu və avtomobil yollarında gecikmələr yaşanıb.

Portuqaliyanın Albufeyra bölgəsində isə güclü külək düşərgə zonasını dağıdaraq bir britaniyalı qadının ölümünə, bir neçə nəfərin yaralanmasına səbəb olub.

Mənbə: The Guardian

Tərcümə etdi: Fərid Tapdıqov

Paylaş
Şərh əlavə et