Qəzza atəşkəs və əsir mübadiləsi anlaşması çərçivəsində İsraildən daha 15 fələstinlinin cəsədini təhvil alıb. İsrailin indiyədək 330 fələstinli əsirin cəsədini təhvil verdiyi bildirilib.
Qəzzadakı Səhiyyə Nazirliyinin Teleqram hesabında yayılan açıqlamada bildirilib ki, İsraildən Beynəlxalq Qızıl Xaç Komitəsinin (ICRC) əməkdaşları vasitəsilə 15 fələstinli əsirin cənazəsi təhvil alınıb.
Təhvil alınan cəsədlərin şəxsiyyətinin müəyyən edilməsi üçün işlərin aparılacağı qeyd olunub. Bildirilib ki, İsrail indiyədək 330 fələstinli əsirin cəsədini təhvil verib, onlardan 97 nəfərin kimliyi müəyyən edilib və yaxınlarına təhvil verilib.
Mənbə: Haberglobal.com
Tərcümə etdi: Turqut Ansari
