Bu gün:

Kolumbiya narkotik ticarəti qruplaşmasına zərbə endirilib


Kolumbiya qoşunları Venesuela sərhədi yaxınlığında havadan bombardmanlar həyata keçirib, bu barədə Agence France-Presse ölkənin Müdafiə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb. Mənbənin məlumatına görə, 9 nəfər həlak olub. Onların narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan qrupun üzvləri olduğu müəyyən edilib.

Nəşrin mənbəsi vurğulayıb ki, Kolumbiya ordusu Venesuela sərhədi yaxınlığında partlayışlar törədib, doqquz üsyançını öldürüb.

Hərbi əməliyyat Kolumbiyanın Arauka departamentində prezident Qustavo Petronun narkotik alverçilərinə qarşı mübarizəsi çərçivəsində həyata keçirilib. Qurbanların hansı dəstəyə aid olduğu dəqiqləşdirilməyib.

Bundan əvvəl Kolumbiya prezidenti ABŞ-ın irəli sürdüyü “güc vasitəsilə sülh” konsepsiyasının iflasa uğradığını bəyan edib. Siyasətçinin fikrincə, bu yanaşma yalnız beynəlxalq münaqişələri kəskinləşdirib və qlobal təhlükəsizlik sistemini zəiflədib. Petro onu “narkolider” adlandıran ABŞ prezidenti Donald Trampın sanksiyalarını və təhdidlərini də tənqid edib.

Bundan əvvəl məlum olub ki, ABŞ narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə çərçivəsində Venesuelada hərbi obyektlərə, hava limanlarına və limanlara zərbələr endirə bilər. Bununla belə, analitiklər Ağ Evin hələ də hücumlarla bağlı yekun qərar vermədiyini deyiblər. 

Mənbə: News.ru 

Tərcümə etdi: Əli Balayev

Paylaş
Şərh əlavə et