BMT-nin Livandakı sülhməramlı missiyası (UNIFIL) açıqlayıb ki, İsrailin Cənubi Livan sərhədində tikdiyi yeni beton divar Mavi Xəttdən keçərək Livan ərazisinə daxil olub.

UNIFIL-in geodeziya ölçmələrinə görə, divarın tikintisi nəticəsində 4,000 kvadrat metrdən çox Livan torpağı yerli sakinlərin istifadəsindən çıxıb. Divar əsasən Yaroun kəndi ətrafında yerləşən iki ayrı sahəni əhatə edir.
BMT bu addımı BMT Təhlükəsizlik Şurasının 1701-ci qətnaməsinin pozulması kimi qiymətləndirib və İsraildən divarı sökməyi tələb edib. İsrail ordusu ittihamları qəbul etmir və bildirir ki, divar Mavi Xəttdən kənara çıxmır.
Mənbə: Reuters
Tərcümə etdi: Zəhra Məlikova
