Yunanıstan Hərbi Hava Qüvvələri X hesabında yük təyyarəsi ilə bağlı paylaşım edib. Qısa müddət sonra silinən bu paylaşıma Ankara sərt reaksiya verib.

13 noyabrda edilən paylaşımda C-130 yük təyyarələrinin də yer aldığı bəzi hərbi təyyarələrin fotoları “Günün fotoları” başlığı ilə paylaşılıb. Paylaşım Gürcüstan sərhədində qəzaya uğrayan yük təyyarəsində şəhid olan 20 türk əsgərinin cənazələrinin Türkiyəyə gətirildiyi saatlara təsadüf etdiyi üçün sosial şəbəkələrdə ciddi etirazlara səbəb olub.
Etirazlardan sonra həmin paylaşım silinib və əvəzində Yunanıstan Hərbi Hava Qüvvələri Komandanı Korgeneral Dimostenis Qriqoriadisin türk həmkarı Ziya Cemal Kadıoğluna göndərdiyi başsağlığı məktubu yayımlanıb.
Mənbə: BBC News
Tərcümə etdi: Səmayə Səftərova
